Məzmuna keç

Bakı Kommersiya Məhkəməsində “Açıq qapı” günü keçirildi –

“Avropada mülki ədalət mühakiməsi günü” münasibətilə Bakı Kommersiya Məhkəməsində “Açıq qapı” günü keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirdə 80 nömrəli tam orta məktəbin direktoru və məktəb şagirləri iştirak ediblər. İştirakçılar ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanış olub, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılıblar.

Xatırladaq ki, 05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr tarixinin “Avropada mülki ədalət mühakiməsi günü” kimi qeyd edilməsi qərara alınıb. Məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşlarının mülki hüquqlarının həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılasıdır. Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.