Məzmuna keç

Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

"9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin rəmzi müqəddəs bayrağımız daim ucalarda dalğalansın".