Məzmuna keç

TDT Azərbaycanı təbrik etdi

“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”.

E-huquq.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviterində yazılıb.

“Azərbaycan hökuməti və və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün – 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.