Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, – Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
***
19.28
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", – o tivter hesabında yazıb.
***
18.57
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"İstiqlal küçəsində baş verən partlayışda ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", – o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.
***
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.
Çoxlu sayda yaralının olduğu bildirilir.
