Azərbaycan Respublikasının keçmiş baş prokuroru İxtiyar Şirin vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə mərhumun qohumları sosial şəbəkədə məlumat yayıblar.
İxtiyar Şirin uzun müddət idi ciddi xəstəlikdən əziyyət çəkirmiş.
İ. Şirin 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.
Qeyd edək ki, İ. Şirin son vaxtlara qədər Milli Konqres Partiyasının rəhbəri idi.
Allah rəhmət eləsin!
