Məzmuna keç

ABŞ dövlət katibi Ermənistanı Azərbaycanla danışıqları davam etdirməyə çağırdı

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş nazirini Azərbaycanla danışıqları davam etdirməyə çağırıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə E.Blinken bu gün öz "Twitter" səhifəsində yazıb.

"Mən baş nazir Paşinyanı xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilmiş danışıqlarından sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını davam etdirməyə çağırdım. ABŞ əvvəlki kimi bu səylərə sadiqdir", – o bildirib.