Məzmuna keç

Vəkilliyə namizəd olan 144 nəfər növbəti mərhələyə buraxıldı

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2019-ci il oktyabrın 31-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2019-ci il oktyabrın 31-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən E-huquq.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 245 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 144 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.