Gərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin göstərilməsinə və güclü siyasi iradəyə ehtiyac var.
E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında bildirib.
“Ötən həftənin sonunda Azərbaycana səfərin ardınca bir neçə fikir:
1) Azərbaycan Prezidenti tərəfindən Aİ-nin vasitəçilik etdiyi formata vacib sadiqlik.
2) Bir sıra çağırışlar qalır; gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”, – Klaar qeyd edib.
