İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında investisiya layihələrinə 105,6 milyon manat güzəştli kredit ayırıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, sözügedən dövrdə 2 195 investisiya layihəsi maliyyələşdirilib: "Güzəştli kreditlərin layihə sayı üzrə 99,9 %-i, kredit məbləği üzrə isə 98,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
