Məzmuna keç

Ararat Mirzoyan: “Azərbaycan sülh müqaviləsinə aid təkliflərimizə cavab verib”

Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.

E-huquq.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzooyan deyib.

Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir.

O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: "Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.

Nazirin sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.