Məzmuna keç

Baş nazir qərar imzaladı

Mədəni irs obyektlərində təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilib.

E-huquq.az xəbər verir ki, bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla, ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsilə əlaqədar mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilib.

Mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilməklə həmin obyektlərin də smeta hesablamalarının avtomatlaşdırılması üzrə proqram təminatına daxil edilməsi və istifadə olunması təmin ediləcək.