Məzmuna keç

Ceyhun Bayramov Moskvada Lavrovla görüşəcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvaya səfər edəcək.

Səfər çərçivəsində Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.