Məzmuna keç

Moskva-Bakı reysini həyata keçirən təyyarə məcburi eniş edib

Moskva-Bakı reysini həyata keçirən təyyarə məcburi eniş edib

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Moskva-Bakı reysini həyata keçirən təyyarə Vnukovo hava limanında məcburi eniş edib.

E-huquq.az trend-ə istinadən bildirir ki, uçuşdan sonra təyyarənin heyəti ön şüşədə çatın olması barədə məlumat verib və göyərtənin komandiri layneri endirmək qərarı alıb.

Təyyarə uğurlu eniş edib, xəsarət alan olmayıb.

AZAL-dan Trend-ə bu xəbəri təsdiq ediblər və bildiriblər ki, sərnişinlər üçün ehtiyat təyyarə göndərilib, onlar səhər saatlarında Bakıya çatıb.