Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri bəzi ərazilərdə yığılan yağış sularının çəkilməsi işini savam etdirir.
Bu barədə E-huquq.az-a FHN-dən bildirilib.
Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işlərini davam etdirirlər.
