Məzmuna keç

Gömrük Komitəsi tərəfindən 4 ayda 271 cinayət xarakterli fakt aşkarlanıb

Gömrük Komitəsi tərəfindən 4 ayda 271 cinayət xarakterli fakt aşkarlanıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 271 cinayət xarakterli fakt aşkarlanıb.

Komitədən e-huquq.az-a verilən məlumata görə, bunlardan 124-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 194-ü qaçaqmalçılıq faktları və digər cinayət xarakterli faktlardır.

Cari ilin ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard 639 milyon 281 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının ümumi həcminin 4 milyard 549 milyon 421 min dolları idxalın, 7 milyard 89 milyon 959 min dolları isə ixracın payına düşüb.