Məzmuna keç

Ədliyyə nazirinin müavini Azər Cəfərovun qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradıldı

Ədliyyə nazirinin müavini Zaqatalada vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən noyabrın 15-də Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcək.

E-huquq.az xəbər verir ki, Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi, 1) keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Zaqatala rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.