ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti işdən çıxarmaq niyyətində olmadığını, onun yaxşı iş gördüyünə inandığını bildirib.
E-huquq.az xəbər verir ki, Tramp Ağ Evin yeni ziyafət zalında jurnalistlər və tikinti işçiləri ilə söhbətində bu məsələ ilə bağlı suala cavab olaraq deyib:
“Xeyr, düşünürəm ki, o, çox yaxşı iş görür”.
Daha əvvəl CBS News mənbələrə istinadən xəbər vermişdi ki, Tramp köməkçiləri ilə Heqsetin mümkün istefasını müzakirə edir. Şəbəkənin məlumatına görə, Amerika lideri Respublikaçıların aralıq konqres seçkilərində məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmaması ilə maraqlanır.
