Məzmuna keç

Hoteldə qadını boğaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Hoteldə qadını boğaraq öldürməkdə təqsirləndirilən Rəsul Niftəliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2022-ci il oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən hotellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə