Məzmuna keç

Narkotik satmaqda şübhəli bilinən qohumların məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ruslan Əliyev və Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə