Qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqda şübhəli Xaləddin İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 27-nə təyin olunub.
Qeyd edək ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Gəncə şəhər sakini Xaləddin İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. X.İsmayılov barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
