Məzmuna keç

Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Ülvi Avazlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ittihama görə, zərərçəkən şəxs yaşadığı evə gedən zaman Ülvi Avazlı ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Ü.Avazlı barədə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə