Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Nurlan Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin olunub.
Qeyd edək ki, N.Mirzəyev Binəqədi rayonu ərazisindəki mağazaların birindən 5300 manat dəyərində 3 ədəd noutbuk və mobil telefon oğurlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
