Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
E-huquq.az-ın məlumatına görə, qəbul zamanı vətəndaşların müraciətləri, əsasən işlərə obyektiv və qərəzsiz baxılmasına, məhkəmə qərarlarının vaxtında təqdim edilməsinə, yekun məhkəmə aktlarının icrasına nəzarət edilməsinə köməklik göstərilməsi və digər məsələləri əhatə edib.
Məhkəmənin sədri tərəfindən müraciət edənlərin hər biri fərdi qaydada diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün onun tərəfindən aparat işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlara ətraflı izahların verilməsi təmin edilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb, məhkəmənin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.
