"Elcore Distribution AZ" MMC "Optimal Elektronika" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə alqı-satqı müqaviləsi üzrə mübahisələrə dair tələb irəli sürülüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
