Ali Məhkəmənin icraatında 2022-ci ildə 2021-ci ilə nisbətən az iş olub.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun bu gün keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, bu səbəbdən baxılan işlər Mülki Kollegiyada 12,7 faiz, Cinayət Kollegiyasında 1,7 faiz, İnzibati Kollegiyada 0,8 faiz azalıb. Kommersiya Kollegiyasında isə baxılan işlər 12,7 faiz artıb.
Ümumiyyətlə isə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2,2 faiz artıb.
Həmçinin qeyd edilib ki, ləğv olunan məhkəmə qərarlarının sayı 2,8 faiz azalıb.
Eltac Nurullazadə
