Məzmuna keç

Tanınmış inşaat şirkəti məhkəməyə verildi

"AS İnşaat" MMC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, “Avanqard-N” Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələrə dair tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə