Məzmuna keç

Sığorta şirkəti “Azərsu”nu məhkəməyə verdi

"AZSIĞORTA" ASC "Azərsu” ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Azərsu”ya qarşı tələb irəli sürüb. İddianın mahiyyəti açıqlanmayıb.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə