Məzmuna keç

Əmanətlərin Sığortalanması Fondu BOKT-u məhkəməyə verdi

Əmanətlərin Sığortalanması Fondu “Para” Bank Olmayan Kredit Təşkilatı ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Fond Bakı Kommersiya Məhkəməsinə müraciət edərək BOKT-a qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair tələb irəli sürüb.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə