Bu gün Yasamal Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tərlan Rəsulzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Əli Hüseynov e-huquq.az-a açıqlamasında bildirib ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Qeyd edək ki, hadisə 13 fevral 2022-ci il tarixində baş verib. Belə ki, T.Rəsulzadə yolu keçmək istəyən piyada Abdullayev Nəcəf Talıb oğlunu idarə etdiyi “Mitsubishi Pajero” markalı maşınla vurub. Nəticədə sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. T.Rəsulzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
