Məzmuna keç

BDU-nun rektoru: “Ali Məhkəmənin təhsil ocaqları ilə əməkdaşlıq etməsi təqdirəlayiqdir”

"Ali Məhkəmənin təhsil ocaqları ilə əməkdaşlıq etməsi çox təqdirəlayiqdir".

E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Ali Məhkəmə ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.

Rektor deyib ki, Ali Məhkəmə ilə BDU arasında sıx əlaqələr mövcuddur.

"Hüquq sahəsində peşəkar kadrların hazırlanmasında, tələbələrimizin məhkəmələrdə təcrübə keçməsinin təmin olunmasında Ali Məhkəmənin rolu xüsusi qeyd olunmalıdır. Bu, bizim üçün çox vacibdir. Çünki təcrübə keçmədən peşəkar hüquqşünaslar yetişə bilməz. Bu gün imzalanan memorandum da bu istiqamətdə əməkdaşlığı əhatə edir. Həmçinin birgə tədbirlərin təşkili, metodik vəsaitlərin, kitabların hazırlanması, universitetdə ustad dərslərinin keçirilməsi və dair məsələlər də memorandumda öz əksini tapıb ki, bütün bunlar kadr hazırlığının keyfiyyətini yüksəldəcək", – deyə E.Babayev qeyd edib.

Eltac Nurullazadə