Məzmuna keç

Bakıda gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən qadın hakim qarşısına çıxarılır

Bakıda gözəllik salonu və mağazadan oğurluq etməkdə təqsirləndirilən Səbinə Ağayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumataına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, S.Ağayeva gözəllik salonundan içərisində 470 manat olan cüzdan və mağazadan 110 manat pul oğurlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurulllazadə