Bakıda qızıl satan qadın qadına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elvira İbrahimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, E.İbrahimova paytaxtda qızıl mağazalarından birində satıcı işləyən Z.Baxşəliyevanın etibarından sui-istifadə edərək ondan xeyli miqdarda qızıl-ziynət əşyaları götürüb və daha sonra yoxa çıxıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində E.İbrahimova saxlanılıb. Aparılan araşdırmalar zamanı onun digər şəxslərə qarşı da anoloji əməllər törətməsi müəyyən edilib. E.İbrahimova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
