Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kəyyam İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumataına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkmənin hazırlıq iclası martın 9-na təyin olunub.
Qeyd edək ki, polis tərəfindən keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb. K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib. K.İsayev barədə Cinayət Məcəllləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
