Məzmuna keç

Həyətində narkotik maddələr olan bitkilər əkməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşdı

Bakının Bilgəh qəsəbəsində həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Ariz Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abşeron rayon polis idarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat zamanı A.Kərimovun yaşadığı evin həyətində xüsusi qulluq edərək yetişdirdiyi çəkisi 93 kiloqram olan 97 ədəd çətənə kolu aşkar edilib. Onun barəsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə