Məzmuna keç

Xızıda dəhşətli qəza: 2 ölü

Xızıda dəhşətli qəza: 2 ölü

Xızı rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, rayonunun Giləzi kəndi ərazisində kənd sakini R.Rəhimovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

Nəticədə H.Salamov və sərnişinləri – Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdiriliblər.

G.Salamova və O.Əliyeva orada ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.