Məzmuna keç

Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən Nazim Əbdürahibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, N.Əbdürahibov Nizami rayonu ərazisində yerləşən lombardların birindən girov qoyulan 2 ədəd mobil telefonu oğurlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə