Məzmuna keç

İrandan Azərbaycana narkotik gətirməkdə şübhəli bilinən şəxslərin ibtidai istintaqı başa çatdı

İrandan Azərbaycana narkotik keçirməkdə təqsirləndirilən Anar Aslanov və İlqar Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, 2022-ci il iyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan A.Aslanov və İ.Mamedovdan təxmini çəkisi 5 780 qram psixotrop tərkibli metamfetamin həbləri və 695 qram marixuanaya bənzər narkotik maddə aşkar olunaraq götürülüb. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə