Məzmuna keç

“Aqrarkredit” məhkəməyə verildi

"Kərim-O" firması “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatını məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, “Aqrarkredit” haqqında irəli sürülən iddianın mahiyyəti açıqlanmayıb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtrı hələlik məlum deyil.

Eltac Nurullazadə