Bərdədə qadına qarşı bıçaqla hücum edib çantasını ələ keçirməkdə təqsirləndirilən Emin Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliiyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 9-a təyin olunub.
Qeyd edək ki, E.Qayev G.Musayevaya hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərmək, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
