Bakıda yanacaq doldurma məntəqəsinə bıçaqla hücum etməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ə.Əliyev Bakıda yerləşən yanacaqdoldurma məntəqəsinə maskalı vəziyyətdə gələrək orada operator işləyən bıçaqla hədələyib pul almaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
