2022-ci il üzrə Şirvan Kommersiya Məhkəməsinin icraatında 3243 iş olub.
E-huquq.az xəbər verir ki, bu barədə ötən ilin yekunlarına həsr olunmuş hesabat iclasında məlumat verilib.
Bildirilib ki, onlardan 3018 iş 2022-ci il ərzində daxil olub, 225 iş isə hesabat dövrünün əvvəlinə qalıq qalıb.
"Qətnamə çıxarılmış işlərin sayı 2428 olub, onlardan 2102 iş üzrə iddia təmin edilib, 269 iş üzrə iddia qismən təmin edilib, 57 iş üzrə isə iddia təmin edilməyib. 89 iş üzrə baxılmamış qalan iddialar olub. 9 iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilib, 347 iş geri qaytarılıb, 34 iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilib. 74 iş üzrə icraata xitam verilib. Ümumilikdə 2991 işə baxılaraq yekunlaşdırılıb. Hesabat dövrünün sonuna yekunlaşmayan işlərin qalığı 252 olub, 4 aydan yuxarı icraatda olan işlərin sayı 33 olub, məhkəməyə verilən ərizələr üzrə dövlət nəfinə 2022-ci il ərzində 17649.68 manat dövlət rüsumu ödənilib", – deyə məlumatda qeyd olunub.
Həmçinin iclasda hesabat dövrü ərzində baxılan işlər, daxil olan şikayətlər və yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və ya dəyişdirilmiş işlər müzakirə edilib, məhkəmənin sədri tərəfindən 2021-ci illə müqayisədə 2022-ci ildə baxılan işlərin müqayisəli təhlili aparılıb və hakimlərlə ayrı-ayrı müzakirə edilib.
Sonda Şirvan Kommersiya Məhkəməsinin 2023-cü ildə qarşıda duran vəzifələri müzakirə edilib.
Eltac Nurullazadə
