Bakıda oğurluq etməkdə şübhəli bilinən Tərlan Buğluyev və qardaşı Faiq Buğluyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialalları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, T.Buğluyev və F.Buğluyev avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisi oğurlamaqda ittiham olunurlar. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
