Məzmuna keç

Qubada külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyətində təqsirləndirilən İdris Qənbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 9-a təyin olunub.

Qeyd edək ki, İ.Qənbərov saxlanılan zaman oun üzərindən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə