Məzmuna keç

Tovuzda onlayn satış edən narkokuryerin məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 13-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər məhkum olmuş E.Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaqda ittiham edilir. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb. E.Rzayev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə