“Cinayət işlərində məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçiriləcək”.
E-huquq.az-ın məlumatlna görə, bunu Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli deyib ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin araşdırılması vacibdir: “Bu qanun layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunu yaratmağa imkan verəcək. Bu qanun layihəsi dövlət başçısının fərmanının icrası ilə bağlıdır. Bu qanun layihələrinin 20220-ci il yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulub. Ona görə də deputatları qanun layihəsinə səs verməyə çağırıram”.
Mənbə: APA
