Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Bakıda piyadanın ölümündə təqsirləndirilən Məmmədkərim Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Sabunçu rayonu, Zabrat qəsəbəsind baş verib. M.Cəlilov “Daewoo” markalı avtomobillə yolu keçən 41 yaşlı S.Şəfiyevanı vurub. Qadın aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. M.Cəlilov barədində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə