Xuliqanlıqda təqsirləndirilən Rəşad Xanmuradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.
İş hakim Əli Cəlilovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası martın 14-nə təyin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı R.Xanmuradovun Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə bir qrup halında xuliqanlıq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. R.Xanmuradov Rusiya Federasiyası ərazisində saxlanılaraq cari ilin fevralın 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib. O, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunur.
Eltac Nurullazadə
