Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Ruslar Belqorodda tank əleyhinə səddlər çəkirlər”

"Ruslar Belqorod vilayətinin sərhədyanı ərazilərində tank əleyhinə səddlər çəkirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

“Düşmən ərazini təchiz etməyə davam edir, tank əleyhinə maneələr quraşdırır”, – deyə məlumatda qeyd olunub.

Lalə Salmanova