Məzmuna keç

Ali Məhkəmə prokurorluğun protestini təmin etmədi

Bu gün Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tural Əliyevin (ad-soyad şərti) barəsində məhkəmə qərarından prokurorluğun verdiyi kasssasiya protestinə baxılıb.

Vəkil İbrahim Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinən T.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən T.Əliyevin əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilib və cəzası 1 il 9 ay müddətinə endirilib.

Eltac Nurullazadə