Məzmuna keç

Sumqayıtda evlərdən oğurluq edən dəstə üzvlərinin ibtidai istintaqı başa çatdı

Sumqayıtda evlərdən oğurluq etməkdə təqsirləndirilən Rüstəm Qasımov, Roman İsmayılov və İbrahim Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkmənin hazırlıq iclası martın 16-na təyin olunub.

Qeyd edək ki, R.Qasımov, R.İsmayılov və İ.Abdullayev Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlamaqda ititham olunurlar. Hər 3 şəxs barədə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə